İngiltərə Kubokunun yarımfinalında “Uembli” stadionunda “Çelsi”yə qarşı oyun (1:0) “Mançester Siti” üçün ikiqat əlamətdar olub.
Arena.az məlumat verir ki, əvvəla, “şəhərlilər” bu qələbə sayəsində İngilərə Kubokunun finalına vəsiqə qazanıblar.
Həmçinin Mançester təmsilçisi bütün yarışlar çərçivəsində ardıcıl məğlubiyyətsiz oyunlar silsiləsi üzrə klub rekordunu müəyyənləşdirib. “Şəhərlilər” 29 oyundur ki, məğlub olmurlar – 23 qələbə, 6 heç-heçə.
Sonuncu dəfə “Mançester Siti” İngiltərə Premyer Liqası çərçivəsində səfərdə “Aston Villa”ya məğlub olmuşdu – 0:1.
Xatırladaq ki, “Siti” İngiltərə Kubokunun finalında “Koventri Siti” – “Mançester Yunayted” cütünün qalibi ilə qarşılaşacaq. “Şəhərlilər” ötən mövsüm də bu turnirin finalına çıxmış və “Mançester Yunayted”i 2:1 yenərək kubokun qalibi olmuşdular.