UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Kopenhagen”ə qarşı ilk oyununda qələbə (3:1) “Mançester Siti” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, məhz 3:1 hesablı qələbə sayəsində İngiltərə nəhəngi Çempionlar Liqasının ardıcıl 7 oyununun hər birində 3 qol vurmağı bacarmış ilk komanda kimi rekord müəyyənləşdirib.
“Kopenhagen”lə oyuna qədər bu komanda yarışın qrup mərhələsində “Srvena Zvezda” (3:1, 3:2), “Leypsiq” (3:1, 3:2) və “Yanq Boyz” (3:1, 3:0) komandalarının hər birini iki dəfə məğlub edib.
“Mançester Siti” “Kopenhagen”lə cavab oyununu martın 7-də Mançesterdə keçirəcək.
Xatırladaq ki, Xosep Qvardiolanın komandası UEFA Çempionlar Liqasının cari çempionudur. “Şəhərlilər” yarışın ötən mövsümünün finalında “İnter”i 1:0 hesabı ilə məğlub etmişdilər.