“Mançester Yunayted” 13-cü dəfə İngiltərə Kubokunun qalibi oldu

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunun finalı çərçivəsində “Mançester Siti” – “Mançester Yunayted” matçı keçirilib.

Arena.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən həlledici görüşdə qapılara üç qol vurulub.

Oyuna daha yaxşı başlamış MY ilk hissədə ardıcıl iki qol vurub. Bir neçə gün öncə İngiltərə Premyer Liqasının qalibi olmuş “Mançester Siti” matçın sonlarında buraxılmış qollardan birinin əvəzini çıxmağa nail olsa da, bundan artığına gücü çatmayıb. Beləliklə, 2:1 hesablı qələbəyə sevinənə “qırmızı şeytanlar” İngiltərə Federasiya Kubokunun qalibi olublar.

Beləliklə, “Mançester Yunayted” tarixində 13-cü dəfə İngiltərə Federasiya Kubokunun qalibi olub. Bu baxımdan rekord London “Arsenal”ına məxsusdur – 14 kubok. “Mançester Siti” 7 dəfə kuboka yiyələnib.

Yeri gəlmişkən qeyd edək ki, MY 2015/16 mövsümündən sonra isə ilk dəfə turnirin qalibi olub.

İngiltərə Federasiya Kuboku
Final
25 may

Mançester Siti – Mançester Yunayted 1:2
Qollar: Ceremi Doku, 87 – Alexandro Qarnaço, 30. Kobbi Maynu, 39.