“Mançester Yunayted” bu məhsullarla bağlı qənaətə başladı

İngiltərənin “Mançester Yunayted” klubu yeni həmsahibi, milyarder Cim Retklifin rəhbərliyi altında pul vəsaitinin fəal qənaətinə başlayıb.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, indi klubun təsərrüfat təchizatı komandasının səlahiyyətlərinə adicə mıx və vint qutularının sayının da hesaba alınması daxildir. Bu, gərək olunandan artıq sifarişin qarşısını almaq üçün önləmə tədbiridir.

Vurğulanır ki, “Mançester Yunayted”in düşərgəsində işçilərdən birinin yapışqanlı lent alması üçün ərizəsi rədd edilib, belə ki, sifariş zamanı buna gərək olmadığı hesab edilib.

İngiltərə nəhəginin düşərgəsindən bildirilib ki, “Old Trafford”un yeməkxanasında yemək payları da azaldılıb, menyuda isə çeşidlər ixtisar edilib. Yerli aşpazlar isə mümkün töhmətdən özlərini sığortalamaq üçün əlavə yemək payının çəkilməsindən də imtina edirlər.

Bu mənzərədə varlığını sürdürən İngitərə nəhəngi “Mançester Yunayted” tarixən ən pis dövrünü yaşayır. Premyer Liqanın 25 oyununda 29 xal toplamış “qırmızı şeyranlar” yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıblar. “Mançester Yuayted”in, yarış cədvəli üzərindən qarşıdakı mövsümün avrokubok yarışlarına vəsiqə qazanmaq ehtimalı da getdikcə əriyir.

Xəbəri sosial şəbəkələrdə paylaş: