“Mançester Yunayted” Ceydon Sanço ilə gücləndi

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” Dortmund “Borussiya”sından Ceydon Sançonu transfer edib.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Almaniya mətbuatının xəbərinə görə, “Mançester Yunayted” ingilis yarımmüdafiəçi üçün “Borussiya”ya bonuslarla birlikdə 95 milyon avro ödəyəcək. “Mançester Siti”nin yetirməsi olan futbolçu, Almaniya klubuna 2017-ci ildə cəmi 7 milyon avro qarşılığında transfer edilmişdi.

Qeyd edək ki, Ceydon Sonçu 2020/21 mövsümündə “Borussiya”da 38 oyuna çıxıb, 16 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu komandada bütövlükdə 137 oyunda 50 qola imza atıb. İngiltərə millisində isə gənc futbolçu 22 oyunda 3 qol vurub.