“Mançester Yunayted” ciddi itki ilə üzləşdi

İngiltərənin “Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Everton”la oyunda sıradan çıxıb.

Oyunun 39-cu dəqiqəsində zədələnən futbolçu matçı davam etdirə bilməyib və əvəzlənib. Fransız oyunçunun sağ ayaq əzələsindən zədə aldığı və bu gün tibbi müayinədən keçəcəyi bildirilir.

“Mançester Yunayted” – “Everton” oyunu 3:3 hesabı ilə başa çatıb.