“Mançester Yunayted” Cim Retklifə görə avrokuboklarsız qala bilər

İngiltərə nəhəngi “Mançester Yunayted” yeni həmsahibi Cim Retklifə görə gələn mövsüm avrokuboklardan kənarda qala bilər.

Arena.az bu barədə “Sports.es” dərgisinə istinadən məlumat verir.

Belə ki, UEFA-nın yeni “çoxlu mülkiyyət” qaydasına görə eyni sahibin tabeliyində olan klubların eyni yarışda iştirakına icazə verilmədiyindən, “Mançester Yunayted” gələn mövsüm avrokuboklarsız qala bilər.

“Qırmızı şeytanlar”ın yeni həmsahibi, britaniyalı milyarder Cim Retkliff həmçinin Fransanın “Nitsa” klubunun sahibidir.

Hazırda hər iki klub milli birincilikləri çərçivəsində gərəl mövsüm avrokuboklarda iştirak uğrunda mübarizə aparırlar.

“Mançester Yunayted” İgiltərə Premyer Liqasının yarış cədvəlində 28 oyundan 47 xalla 6-cı pillədə qərarlaşıb.

“Nitsa” isə Fransa Liqa 1-in yarış cədvəlində 26 oyundan 43 xalla 5-ci yerdədir.