Avropa Liqasının 1/4 finalının evdə Lion “Olimpik”i ilə cavab oyunu “Mançester Yunayted” üçün müstəsna rekordla əlamətdar olub.
Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” əsas vaxtı 2:2 hesabı ilə başa çatmış oyunu əlavə vaxtda 5:4 hesabı ilə qazanıblar.
Oyunun gedişində 2:0 hesablı üstünlükdən 2:4 hesablı “uçuruma” yuvarlanmış “qırmızı şeytanlar” geri-dönüş edərək, yekunda 5:4 heablı qələbəyə seviniblər. MY 4-cü və 5-ci qolunu oyunun 120-ci dəqiqəsində vurub.
“OptaJoe” statistik internet-portalının məlumatına görə, İngiltərə təmsilçisi əlavə vaxtın son dəqiqəsində iki dəfə fərqlənməklə, müvafiq nailiyyətə imza atmış ilk klub olub.
Xatırladaq ki, Lionda keçirilmiş ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Yarımfinala vəsiqə qazanmış “Mançester Yunayted” Bilbao “Atletiki”i ilə qarşılaşacaq.
Vurğulayaq ki, bu iki komanda cari mövsüm Avropa Liqasının qalibi adına əsas namizədlərdir.