“Mançester Yunayted” onu “Flamenqo”ya icarəyə verdi

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Andreas Pereyranı icarəyə verib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Braziliyanın “Flamenqo” klubuna keçib.

Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pereyra 2021/22 mövsümünü “Flamenqo”da keçirəcək. Klub yeni yarımmüdafiəçisini satınalma şərti ilə icarəyə götürüb. “Qırmızı şeytanlar” bu keçidə görə icarə haqqı kimi 1 milyon avro qazanıb. Futbolçunun transfer hüquqlarını almaq üçün nə qədər ödəniləcəyi isə bilinmir.

2012-ci ildən “Mançester Yunayted”də çıxış edən Andreas Pereyra ötən mövsümü icarə əsasında İtaliyanın “Latsio” klubunda keçirib. O, İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 1 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, “Mançester Yunayted” Braziliya əsilli belçikalı futbolçusunu daha öncə “Qranada” və “Valensiya”ya da icarəyə verib.