“Mançester Yunayted” rəhbərliyinə qarşı yeni etiraz tədbiri

“Qırmızı şeytnlar”ın azarkeşləri “Mançester Yunayted” klubunun rəhbərliyinə qarşı yeni etiraz tədbiri keçirəcəklərini açıqlayıblar.

Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.

Martın 29-da İngiltərə yeddinci divizionunun “Yunayted” futbol klubu və “The 1958” tərəfdar dəstəsi Mançester klubunun rəhbərliyinə qarşı etiraz tədbiri həyata keçirəcəklər.

“United United Day” adlı etiraz tədbiri komanda və azarkşelər arasında ilk birgə tədbir olacaq.

Tərəfdarlar, klubu 500 milyon funt-sterlinq məbləğində borca sürükləmiş klub sahiblərinin siyasətinə qarşı öz etirazlarını ifadə edəcəklər.

Bildirilir ki, bu tədbir “Yunayted”in İngiltərənin yeddinci divizionunun “Stokton”la ev oyunu zamanı keçiriləcək.

Xatırladaq ki, daha əvvəl “Old Trafford” yaxınlığında “Mançester Yunayted” azarkeşləri dəfələrlə etiraz tədbirləri keçiriblər. Ancaq klubun əsas sahibləri Qleyzerlər köhnə dəyirman kimi öz “çax-çux”larına davam edirlər.

Əlavə edək ki, Qleyzerlər “Mançester Yunayted” satın aldıqları 2005-ci ildən bəri, “qırmızı şeytanlar”ın azarkşeləri onları sevmilər. Belə ki, azarkeşlər “təzə darğa”nı klub ənənələrini məhv etməkdə təqsirləndirirlər.

Hazırda “Mançester Yunayted” tarixən ən bərbad dövrünü yaşayır. “Qırmızı şeytanlar” 29 oyundan 37 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıblar. Avropa Liqasında mübarizəsini davam etdirsə də, MYnövbəti mövsüm avrokuboklarda iştirak imkanını nəzəri cəhətdən itirmək təhlükəsi ilə üz-üzədir.