“Mançester Yunayted” şəxsi rekordunu yenilədi

İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün “Fulhem”lə 1-ci tur açılış oyunu “Mançester Yunayted” üçün əlamətdar olub.

Arena.az “Football Insider” dərgisinə istinadən məlumat verir ki, rəqibi üzərində 1:0 hesablı qələbə qazanmış “qırmızı şeytanlar” milli birinciliyin açılış oyunları çərçivəsində 22-ci dəfə qələbə qazanıblar.

Bununla da “Mançester Yunayted” özünə məxsus olan şəxsi rekordu yeniləmiş olub. Müvafiq göstəricidə 2-ci nəticə “Çelsi”yə məxsusdur. “Zadəganlar”ın hesabında açılış oyunlarında 20 qələbə var. İlk üçlüyü 18 qələbə ilə “Liverpul” qapayır.