“Mançester Yunayted” son 35 ildə ən pis nəticəsinə imza atdı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari 2024/2025-ci illər mövsümünə son 35 ildə ən pis surətdə başlayıb.

Arena.az bu barədə “Opta Sports” statistik internet portalına istinadən məlumat verir.

Niderlandlı mütəxəssis Erik ten Haqın çalışdırdığı “qırmızı şeytanlar” 1989/1990-cı illər mövsümündən bəri Premyer Liqada ən pis başlanğıcını göstəriblər.

O vaxt MY ilk 7 turda 7 xal toplamışdı. Həmin mövsümün sonunda komanda çempionatı 13-cü pillədə başa vurmuşdu. Bu da şotland mütəxəssis Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytnlar”ın ən pis nəticəsi kimi əlamətdardır.

Cari mövsümün ilk 7 turundan sonra 8 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.