“Mançester Yunayted” “qırmızı şeytanlar”ın məşqçilər qərargahına standart vəziyyətlər üzrə mütəxəssis cəlb edib.
Arena.az bu barədə İngiltərə klubunun mətubat xidmətinə istinadən məlumat verir.
42 yaşlı isveçli mütəxəssis Andreas Georqson “Lilleström”dən “Mançester Yunayted”ə keçib. İngiltərə nəhəngi isveçli mütəxəssisin böyük təcrübəsinə arxalanaraq, müvafiq keçidi gerçəkləşdirib.
Andreas Georqson “Malmö”, “Brentford”, “Arsenal”, “Sauthempton” və “Lilleström”də çalışıb. İsveçli mütəxəssis nəinki təyinat aldığı müvafiq vəzifə üzrə ixtiaslaşıb, eləcə də məşqçilik peşəsi üzrə zəngin təcrübəyə malikdir.