“Mançester Yunayted” Sulşerlə yeni müqavilə bağladı

İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi Ole-Qunnar Sulşer ilə yeni müqavilə imzalanıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Norveçli mütəxəssisin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər artırılıb.

Sulşer 2018-ci ildən “Mançester Yunayted”i çalışdırır. Komanda ötən mövsüm onun rəhbərliyi altında Premyer Liqanı 2-ci sırada bitirib. 48 yaşlı mütəxəssis əvvəllər “Molde” və “Kardiff Siti”yə də rəhbərlik edib.