İngiltərə nəhəngi “Mançester Yunayted” Portuqaliya “Sportinq”inin yarımmüdafiəçisi Manuel Uqarte üçün mübarizəyə girişib.
Arena.az “A bola”ya istinadən xəbər verir ki, daha əvvəl Uqarte ilə “Çelsi” və PSJ-nin maraqlandığı bildirilirdi.
Bu klubların hər biri futbolçuya görə ödənişi müxtəlif şərtlər müqabilində həyata keçirməklə “Sportinq”ə 60 milyon avroluq təklif ünvanlamışdılar.
Uqarte 2021-ci ildən “Sportinq”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Cari mövsümdə Uqarte 47 oyunda lissabonluların heyətində meydana çıxıb və bir məhsuldar ötürmə ilə fərqlənib.
Xatırladaq ki, “Mançester Yunayted” Premyer Liqanı turnir cədvəlini 3-cü pilləsində başa vurub və növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcək. “Çelsi” isə mövsüm boyu bərbad çıxışı ilə diqqət çəkib, “zadəganlar” cari mövsümü 12-ci sırada başa vurmaqla avrokubokları müşahidəçi qismində seyr edəcəklər.