“Mançester Yunayted”də Kavani şoku

“Mançester Yunayted”in futbolçusu Edinson Kavani zədələnib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uruqvaylı hücumçu Premyer Liqanın 22-ci turu çərçivəsində “Sauthempton”a qarşı keçirilən ev oyununun ikinci hissəsində zədələnərək, meydanı tərk edib. Kavaninin son durumu tibbi müayinədən sonra bilinəcək.

Kavani komandasının “Sauthempton”u 9:0 hesabıyla məğlub etdiyi oyunda bir qol vurub.