“Mançester Yunayted”dən “Boka Xuniors”a

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Markos Roxonu satıb.

Arena.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Boka Xuniors” klubuna keçib.

Bu barədə Argentina təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Roxo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Roxo 2014-cü ildən “Mançester Yunayted” klubunda çıxış edirdi. Müdafiəçi Argentina yığmasında 61 oyuna çıxıb.