“Mançester Yunayted”də yeni müqavilə

İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Meyson Qrinvud ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı anlaşmanın daha bir il uzadılması şərti də mövcuddur.

Qeyd edək ki, Qrinvud “Mançester Yunayted”in öz yetrməsidir. 19 yaşlı futbolçu “qırmızı şeytanlar”ın avrokuboklardakı ən gənc bombardiridir. O, MY-də indiyə qədər 82 matça çıxıb.

Bu mövsüm İngiltərə Premyer Liqasında 18 matça çıxan Qrinvud, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.