“Espanyol”un baş məşqçisi Manolo Qonsales İspaniya La Liqasının “Barselona” ilə qarşıdakı 12-ci tur səfər oyunundan söhbət açıb.
Arena.az “Jijantes FC” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz rəqabət ruhunu bərpa etməliyik. Qapımızı “quru” saxlamaq istəyirik. Deyəsən, hamı elə bilir ki, biz ölmüşük”, deyə Manolo Qonsales bildirib.
Xatırladaq ki, oyun “Barselona debisi” olaraq əlamətdardır. Bu derbinin əsas mahiyyəti klubların azarkeşlərinin ənənəvi olaraq müxtəlif siyasi baxışlara sadiq qalması ilə səciyyəvidir. Belə ki, “Barselona” azarkeşləri daha çox solçu və separatçı fikirlər yürüdürlər, “Espanyol” azarkeşləri isə daha sağçı və mərkəzi İspaniya hökumətinə sadiqdirlər. Digər sahələrdə olduğu kimi, futbol meydanında da qarşıdurma çılğınlıqla müşahidə edilir və ifrat zorakılıq halları yaşanır. İspaniya polisi oyun ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib.
11 turdan sonra “Barselona” 30 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Espanyol” isə 10 xalla 17-ci pillədədir.
“Barsleona” – “Espanyol” oyunu bu gün, noyabrın 3-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 19:15-də başladacaq.


