Manuel Uqarte: “Mançester Yunayted” iddial klubdur, mən isə…”

“Mançester Yunayted”in yeni futbolçusu Manuel Uqarte İngiltərə nəhəngi ilə müqavilə imzalayarkən duyğularını paylaşıb.

Arena.az uruqvaylı futbolçunun bu barədə fikrini təqdim edir:

“Belə səviyyəli kluba qoşulmaq inanılmaz hissdir. “Mançester Yunayted” bütün dünyada heyranları olan klubdur. Futbol rəhbərliyinin mənimlə müzakirə etdiyi layihə son dərəcə həyəcanvericidir. “Mançester Yunayted” iddialı klubdur, mən isə iddialı oyunçuyam”, deyə Uqarte vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” uruqvaylı dayaq yarımmüdafiəçisini bu yay transfer pəncərəsinin son günündə PSJ-dən tamhüquqlu əsasda “qırmızı şeytanlar”ın heyətinə qatıb. Keçid İngiltərə klubuna 50 milyon avro məbləğ müqabilində başa gəlib. Uruqvaylı “dayaqçı” İngiltərə nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Manuel Uqarte futbola “Park Syudad-de-la-Kosta” klubunda qədəm qoyub. Uruqavaylı futbolçu karyerası ərzində “Feniks” (Montevideo), “Famalikan”, “Sportinq” (Lissabon) və PSJ-də çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Uqarte PSJ-nin heyətində 37 oyun keçirib, 3 məhsudlar ötürmə verib.

Manuel Uqarte 2021-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 22 oyuna çıxıb, məhsuldr fəaliyyəti ilə diqqət çəkməyib.