Maqnus Karlsen dünya çempionatından kənarlaşdırıldı – Səbəb

Norveçli şahmatçı Maqnus Karlsen Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində keçirilən rapid üzrə dünya çempionatından kənarlaşdırılıb.

Arena.az xəbər verir ki, 34 yaşlı qrossmeyster geyim qaydalarına əməl etmədiyi üçün yarışdan qovulub.

Hakimlər Karlsenin cins şalvarının tədbirin statusuna uyğun olmadığını hesab ediblər. Qaydalara əsasən, o, geyimini dəyişməli və cərimə ödəməli idi. Amma şahmatçı buna əməl etməyib. Nəticədə baş hakim Aleks Qolovçak onu turnirdən kənarlaşdırıb.

Maqnus Karlsen açıqlamasında blits yarışında iştirak etməyəcəyini bildirib.

Xatırladaq ki, Daha əvvəl FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşi də geyim qaydalarını pozduğu üçün cərimələnmişdi. Lakin o, idman ayaqqabısını dəyişdiyi üçün turnirdən qovulmayıb.