Maquayrın polisə hücumu ilə bağlı məhkəməsi təxirə salındı

“Mançester Yunayted”in ingilis mərkəz müdafiəçisi Harri Maquayrın polisə münasibətdə qanunsuz davranışı ilə bağlı məhkəməsi təxirə salınıb.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Maquayr polisə hücum etməkdə və onlara rüşvət verməyə cəhddə təqsirləndirilir.

Harrinin bu cinayətlərini törətdiyi Yunanıstanda hüquqşünasların tətili səbəbindən futbolçunun məhkəməsi 1 ilə qədər müddətə təxirə salınıb.

Mənbənin məlumatına görə, futbolçunun yenidən məhkəmə prosesinin ümumiyyətlə baş tutmaya biləcəyi ehtimalı var.

Xatırladaq ki, hazırda Maquayra 3 il müddətinə rüsxətlə 21 ay 10 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası verilib.

Hadisə 2020-ci ilin avqustunda Yunanıstanın Mikonos adasında baş verib. Maquayrın qardaşı ilə birlikdə iştirak etdiyi barda baş vermiş davadan sonra polis hadisə yerinə gələrək münaqişəni həll etməyə çalışıb. Amma ingilis futbolçu və qardaşı hüquq-mühafizə orqanlarına hücum edib. Bundan sonra Maquayr polisə rüşvət verməyə çalışıb. Amma qanun keşikçiləri bu şərəfsizliyi özlərinə rəva görməyiblər və ingilis futbolçu haqqında qanunla ölçü götürüblər.