Maradonanın qızı mərhum atası ilə hüddam vasitəsi ilə danışıb

Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın qızı Dalma mərhum atası ilə hüddam vasitəsi ilə əlaqə saxladığını bildirib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, əfsanəvi Maradona 2020-ci ilin payızında, noyabırn 25-də 60 yaşında dünyasını dəyişib.

“Baş verənlər çox gözəl idi. Mən çox erkən yaşlarımdan belə şeylərə həmişə inanmışam, atamın başına gələnlərdən sonra isə daha da çox.

İndi mənim üçün hələ də çətindir. Atamın başına gələn başına gələndə “Nə baş verəcəyini görmək istəyirəm” dedim. Mən getdim və bu, inanılmaz idi, gözəl idi.

Bir il sonra və ya azacıq əvvəl bir qadın mənimlə əlaqə saxladı. Mən bu adama güvənirdim, onun və qohumunun başına haradasa belə bir əhvalat gəlmişdi və mən dedim: “Yaxşı, mən cəhd edəcəyəm”. Mən həm də deyirdim: “Bilmirəm, bu doğrudur, ya yox”. Amma o (atamın ruhu), mənə heç cür bilə bilməyəcəklərimi söylədi. Onlar çox şəxsi idilər və onları heç bir yerdə tapmaq mümkün deyildi”, deyə Dalma Maradona bildirib.

Xəbəri istədiklərinizlə paylaşın