Maraş Kumbulla yenə “Roma”dan ayrı düşdü

İtaliyanın “Roma” klubunun albaniyalı mərkəz müdafiəçisi Maraş Kumbulla 2025/2026-cı illər mövsümünü də İspaniyada keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbut xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi İspaniyanın “Malyorka” komandasına icarəyə verilib. Tərəflər arasında 1 mövsümlük müqavilə imzalanıb.

Xatırladaq ki, Kumbulla ötən mövsümü də icarə əsasında İspaniyanın digər klubu “Espanyol”da keçirib. O, burada 36 oyuna 3 qol vurub.

Gələn yay müdafiəçi 2027-ci ilin 30 iyununa qədər müqaviləsinin olduğu “Roma”ya qayıdacaq.

Maraş Kumbulla “Verona”nın yetirməsidir. “Roma” onu bu klubdan 26,5 milyona transfer edib. Müdafiəçi “canavarlar”ın əsas komandasında 68 oyuna çıxıb, 4 qol vurub. “Roma” Kumbullanı daha öncə “Sassuolo”ya da icarəyə verib.

Maraş Albaniya yığmasında 24 oyun keçirib, fərqlənə bilməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: