Məşhur italyan məşqçi Marçello Lippi vaxtilə Rusiyanın “Spartak” (Moskva) klubundan təklif alsa da, bunu qəbul etməyib.
Arena.az “Sport24”ə istinadən xəbər verir ki, onun maraqlarını təmsil edən futbol agenti Aytekin Eraybakan bununla bağlı maraqlı açıqlama verib.
Eraybakan bir zamanlar Rusiyada işləmək imkanı olan Lippinin, hazırda bu ölkəyə gələ bilməyəcəyini bildirib.
Onun sözlərində bəzi mənbələrin məlum hadisələrlə əlaqədar yozduğu siyasi motivlər gizlənmir:
“Bildiyim qədər, Marçello Lippinin 2011-ci ildə “Spartak”ı çalışdırmaq imkanı vardı. Amma bilmirəm, nədənsə alınmadı. O zaman mən onun təmsilçisi deyildim. Ancaq indi dəqiq deyə bilərəm ki, hazırda Lippinin Rusiya gəlişi mümkün deyil, Marçello karyerasına xitam verib”.
Xatırladaq ki, Marçello Lippi “Yuventus” və İtaliya yığmasında uğurlu məşqçiliyi ilə yadda qalıb. Lippi “Qoca sinyora”ya Çempionlar Liqasını (1996), “Skuadra adzurra”ya isə Dünya Kubokunu (2006) qazandırıb.