“Çelsi”nin baş məşqçisi Entso Mareska 2025-ci il FIFA Klub Dünya Kubokunun “Fluminense” ilə yarımfinal oyununu (2:0) şərh edib.
Arena.az FIFA-nın rəsmi saytına istinadən, 45 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, böyük bir nailiyyətdir. Bu, fantastik mövsüm idi – İngiltərə Premyer Liqasında ilk dördlük, Konfrans Liqasında qalibiyyət, indi isə bu yarışın finalındayıq. Biz çox, çox xoşbəxtik. Oyundan oyuna gedirik. Nəhayət ki, mövsümdə sonuncu oyunumuza çıxacağıq və ümidvarıq ki, yarışı qazana biləcəyik”, deyə Mareska vurğulayıb.
Klublarası dünya çempionatını finalına yüksəlmiş “Çelsi” həlledici oyunda PSJ (Fransa) – “Real” (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.


