Mareska: “Çelsi” çempionluq yürüşündə iştirak etmir”

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın İngiltərə Premyer Liqasında cari çempionluq yarışında iştirak etmədiyini bildirib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Biz çempionluq yürüşündə iştirak etmirik. Söhbət futbolçulara, kluba və ya mənə təzyiqdən getmir. Məncə, ortada olan gerçəklik budur. Səmərə və xal toplamaq baxımından biz öz gözləntilərimizi aşmışıq. Ümidvaram ki, bir xoş gündə bizə də çempionluq yarışında iştirak etmək üçün təzyiq göstərəcəklər”, deyə Mareska vurğulayıb.

Premyer Liqanın 17 oyunundan 35 xalla “Çelsi” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 16 oyundan 39 xalla “Liverpul” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: