Mareska: “Çelsi İngiltərə futbolunda ağalıq edəcək”

“Çelsi”nin baş məşqçisi, italyan mütəxəssis Ento Mareska “zadəganlar”ın gələcəyi ilə bağlı fikrini bildirib və iddiası ilə diqqət çəkib.

Arena.az “Mail Sport” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Heyətin yaşı və nə qədər yaxşı olduğu səbəbindən, mənim qənaətimə görə, “Çelsi” yaxın 5-10 il ərzində İngiltərə futbolunda ağalıq edəcək komandalardan biridir. “Çelsi” rəhbərliyinə, ilk görüşümüzdə də belə demişdim. Mən hələ də eyni tərzdə düşünürəm”, deyə Mareska vurğulayıb.

Xatırladaq ki, 44 yaşlı mütəxəssis “Çelsi”nin sükanı arxasına 2024-cü ilin iyul ayında gətirilib. İtalyan mütəxəssis “zadəganlar”ın baş məşqçisi vəzifəsində argentinalı mütəxəssis Mauriso Poçettinonu əvəzləyib. Mareskanın London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Entso Mareska əvvəllər “Mançester Siti”də ispan mütəxəssis Xosep Qvardiolanın köməkçiləri heyətində çalışıb, Mareska həmçinin 2023/2024-cü illər mövsümündə “Lester”i çalışdırıb və “tülkülər”i Çempionşipdən Premyer Liqaya yüksəldib.

Mareska fəaliyyəti dövründə “Çelsi”ni 21 oyuna çıxarıb, 13 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət yaşayıb. “Zadəganlar”ın top fərqi isə 52:21 nisbətindədir.

13 turdan sonra 25 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: