Mareska: “Çelsi”nin vəzifəsi “Arsenal”a xal fərqini azaltmaqdır”

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 29-cu turunun “Arsenal”la səfər oyunundan gözləntisini açıqlayıb.

Arena.az BBC-yə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikrini təqdim edir:

“Çelsi” və “Arsenal” arasındakı uçurum böyükdür. Səbəbi ondadır ki, onlar beş il ərzində eyni məşqçi ilə çalışırlar, buna görə də fərq çox vacibdir. Onlar həm də artıq bir neçə vacib oyun oynamış oyunçulara malikdirlər. Ancaq bizim vəzifəmiz ondan ibarətdir ki, özümüzlə onlar arasındakı bu uçurumu qapayaq. Hal-hazırda yarış cədvəli altı xallıq fərqi göstərir, odur ki, biz kifayət qədər yaxınıq. Bizim hələ 9 oyunumuz var”, deyə Mareska vurğulayıb.

“Arsenal” – “Çelsi” oyunu bu gün, martın 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 17:30-da başladacaq.

28 oyundan sonra “Çelsi” 49 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Arsenal” isə 55 xalla 2-ci pillədədir.

Premyer Liqaya 29 oyundan 70 xalla “Liverpul” başçılıq edir.