“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının “Fulhem”lə 18-ci tur ev oyununda gözlənilməz məğlubiyyəti (1:2) şərh edib.
Arena.az xatırladır ki, “Fulhem” əzmkar qələbə qazanıb, həlledici qolu isə oyuna əlavə edilmiş təzminat müddətində (90+5-ci dəqiqə) “zadəganlar”ın qapısından keçirib.
Mareska matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sonda buraxdığımız qol kimi belə qol buraxmaq heç də xoş deyil. Mən dəfələrlə demişəm: qalib gələ bilməyəndə uduzmamaq vacibdir. İkinci hissənin ilk 15 dəqiqəsi xoşuma gəlmədi. Onların öz oyunlarını əks-hücumlar üzərində quracaqlarını bilsək də, çoxlu əks-hücumları buraxdıq. Birinci hissədə oyuna çox yaxşı nəzarət etdik, ikincidə isə onlara həddən artıq güc-qüvvə verdik.
Çox qaça bilən bu qədər futbolçunun olduğu komanda tapmaq çətindir. Bu, öyrənməli olduğumuz bir dərsdir. Hər iki komanda tez hücum edərsə, oyun basketbola çevrilir.
Amma mən də düşünürəm ki, biz bu gün çox yaxşı işlər görmüşük. Mən qənimət uğrunda mübarizə aparmaq üçün oyunçuların hər hansı təzyiq hiss etdiyini görmədim”, – “Sky Sports” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
18 oyundan 35 xalla “Çelsi” Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Fulhem” isə 28 xalla 8-ci pillədədir.
Pemyer Liqaya 17 oyundan 42 xalla “Liverpul” başçılıq edir.



