“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində qarşılaşdıqları “Fulhem”lə oyunu şərh edib.
Arena.az məlumat verir ki, “zadəganlar” 0:1 hesabı ilə uduzduqları səfər oyununu çevirərək, 83-cü və 90+3-cü dəqiqlərdə vurduqları qollar sayəsində 2:1 hesablı əzmkar qələbəyə seviniblər.
Mareska matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu gün qələbə çox vacib idi, çünki, birincisi, bu, derbi idi, ikincisi isə, bu, bizə Çempionlar Liqasına düşməyə fürsət verəcək.
Bu, yəqin ki, mövsümdə ən çətin qələbəmiz idi. Səbəb isə bundadır ki, hamı dünən oynamışdı, buna görə də bizə mütləq qələbə qazanmaq gərək idi. Düşünürəm ki, buraxdığımız qol, bizim daha da çox cəhd etməyimizə səbəb oldu. Çünki oyunçularıma çətiin oldu, ikinci hissədə isə biz xeyli yaxşı idik”, – “Çelsi”nin rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.
33 oyundan 57 xalla “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Fulem isə 48 xalla 9-cu pillədədir.
Premyer Liqaya 79 xalla “Liverpul” başçılıq edir.