Mareska: “Legiya”ya qarşı keyfiyyətli oyun göstərdik”

“Çelsi”nin baş məşqçisi Entso Mareska Konfrans Liqasının 1/4 finalının səfərdə baş tutmuş Polşa “Legiya”sı ilə ilk oyununu şərh edib.

Arena.az məlumat verir ki, “zadəganlar” Varşavada yerli “legionerlər”i 3:0 hesabı ilə məğlub ediblər.

Mareska matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bu keyfiyyətli oyun və yaxşı nəticədir. İkinci hissədə biz, birinci hissə ilə müqayisədə dəfələrlə yaxşı idik. Biz başqa futbol oynamağı öyrənməliyik. Komandalar əlləri qoynunda oturanda, bizə, topa sahib olmaq və qapıya cərimə meydançasının hüdudlarından kənardan zərbələr endirmək gərəkdir. Elə, birinci qol da belə vuruldu – Ris Ceymsin zərbəsindən sonra “Tay” (Tayrik Corc) qolu gerçəkləşdirdi”, italyan mütəxəssis məmnunluqla bildirib.

Komandalar arasında cavab oyunu aprelin 17-də Londonda baş tutacaq.

Əlavə edək ki, “Çelsi” Konfrans Liqasında qalibiyyətə əsas namizəddir.