Mareska Liqa Kubokunda “Nyukasl”a məğlubiyəti şərh etdi

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Liqa Kubokunun 1/8 finalında “Nyukasl”a 0:2 hesablı səfər məğlubiyyətini şərh edib.

Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Düşünürəm ki, oyunu təhlil etsək, növbələşməm işə yaradı. Nəticə haqqında danışsaq, əlbəttə ki, bu, alınmadı. “Nyukasl”ın birinci qolundan əvvəl oyuna nəzarət biz əlimizdə idi. İlk qolu buraxdıqdan sonra 10 dəqiqə müddətində nəzarəti əldən verdik və ikinci qolu da buraxdıq. Amma sonra yenidən təşəbbüsü ələ aldıq və böyük fürsətlər yaratdıq. İkinci hissəyə tam nəzarət etdik.

Başa düşürəm ki, futbolda ən vacib məqam – nəticədir. Amma oyun nöqteyi-nəzərindən demək olar ki, bütün oyunda “Çelsi” daha yaxşı idi. Bu bərbad 10 dəqiqəyə görə məğlub olduq”, deyə Mareska vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: