Mareska: “Mudrik daha yaxşı çıxış edə bilər”

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın ukraynalı futbolçusu Mixaylo Mudrikin meydanda oyun müddətinin azlığını əsaslandırıb.

Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən bunun özünə inamsızlıq olduğunu düşünmürəm. Onu olduğu kimi qəbul etməlisən. Ümidvaram ki, Mudrik oyuna vaxt ayıra və daha yaxşı çıxış edə bilər”, deyə Mareska .

Xatırladaq ki, Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı vinger karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.

Mudrik cari mövsümdə “zadəganlar”ın heyətində 4 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. O, paytaxt təmsilçisində bütövlükdə 62 matça çıxıb, 7 qol və 5 assistlə yadda qalıb.

Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var.

Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 24 oyuna 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.