“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 30-cu turunun “Tottenhem”lə ev oyununu (1:0) şərh edib.
Arena.az “Yahoo Sports” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Nəticə – vacib bir hissədir, çünki mövsüm artıq sonuna doğru yaxınlaşır. Eyni zamanda biz nəticəni istədiyimiz kimi oynamaqla əldə etməyə çalışırıq. Hansısa məqamlarda komanda çox yaxşı fəaliyyət göstərirdi, ardınca isə biz işləməyə son verirdik. Bizə görüşü oyunun son beş dəqiqəsində baş verdiyi kimi başa vurmaq da xoş deyil. Əgər biz həqiqətən də vacib bir komanda olmaq istəyiriksə, biz çirkli, eybəcər mübarizədə də qalib gəlməliyik, ümumilikdə isə mən razıyam.
Ümumiyyətlə, mən hesab edirəm ki, bu, çox yaxşı oyun idi. Biz layiqli qələbə qazandıq. Artıq birinci hissədə qol vurmaq üçün kifayət qədər fürsətlər yaratdıq. Son on dəqiqədə isə komandam səy, mütəşəkkilik, ruh göstərdi. Bu isə bizə gərək olandır”, deyə Mareska vurğulayıb.
30 turdan sonra 52 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Tottenhem” isə 34 xalla 14-cü pillədədir.
Premyer Liqaya 73 xalla “Liverpul” başçılıq edir.