Mariano Dias da Səudiyyə Ərəbistanına yollanır

Madrid “Real”ının dominikanlı sabiq hücumçusu Mariano Dias Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.

Arena.az “Marca”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına yollanmaq hücumçu üçün ən sərfəli variantdır.

Məlumatda deyilik ki, bu halda Dias ildə 7 milyon avro gəlir əldə etməklə yanaşı oyun təcrübəsini də artıra bilər. Hücumçu “Əl-Şabab” və “Əl-Fateh” klublarının diqqət mərkəzindədir və hər ikisi Diasla müqavilə imzalamaq istəyir.

Vurğulayaq ki, Mariano Dias 13 kubok qazandığı “Kral klubu”ndan iyunun əvvəlinə ayrılıb və bunu oyun təcrübəsinin azlığı ilə əsaslandırıb.

Cari mövsümdə Dias madridlilərin heyətində cəmi 11 oyun keçirib. Ümumiyyətlə isə Dias “Real”da 2018-2022-ci illər ərzində 84 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı Diası 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: