Mark Kukurelya vədinə əməl etdi – “qırmızıbaş” oldu

İspaniya yığmasının sol cinah müdafiəçisi Mark Kukurelya AÇ-2024-ün finalı ərəfəsində verdiyi vədinə əməl edib.

Arena.az xatırladır ki, Kukurelya Almaniyada keçirilmiş AÇ-2024-ün final oyununda İspaniya millisinin İngiltərə yığması üzərində qələbə qazanıb Avropa çempionu olacağı halda, saçlarını qırmızı rəngə boyayacağını vəd vermişdi.

Artıq məlum olduğu kimi, İspaniya yığması “üç şir” üzərində 2:1 hesablı qələbə qazanaraq, Avropa çempionu olub. Bu, “qırmızı qəzəb”in 4-cü Avropa çempionluğu, həmçinin mütləq rekorddur.
Mark Kukurelya isə əl-qolunu çırmalayaraq başını qızardıb – saçlarını qırmızı rəngə boyayıb.