Mark Tamaş “Qəbələ” üzərində qələbədən danışdı

“Neftçi”nin müdafiəçisi Mark Tamaş Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

30 yaşlı macar futbolçu 3:1 hesablı qələbəyə sevindikləri matçın ardından Arena.az saytına açıqlamasında bunları söyləyib:

“Birinci hissə çox ağır oldu. İlk yarıda üstünlüyümüz olsa da, son nöqtəni qoya bilmədik. İkinci hissədə penalti qazanıb hesabı açdıq. Çətin matç idi. Gələn həftə “Sumqayıt”la oyunumuz var. Həmin oyun da çətin olacaq”.

Xatırladaq ki, bu mövsümün əvvəlindən “Neftçi”də çıxış edən Mark Tamaş “ağ-qaralar”ın heyətində 19 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

“Neftçi” 20 turdan sonra 32 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Nahid Məmmədov