Marko Baroni “Latsio”da – Rəsmi

İtaliyalı mütəxəssis Marko Baroni “Verona”dan ayrılaraq A Seriyasının digər təmsilçisi “Latsio”nun baş məşqçisi olub.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

60 yaşlı mütəxəssis bu postda 2023/2024 mövsümü bitən kimi istefaya göndərilmiş İqor Tudoru əvəz edib. Onunla 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, “Latsio” İtaliya A Seriyasında 2023/2024 mövsümünü 61 xalla 7-ci sırada bitirib. “Verona” isə geridə qalmış mövsümdə 38 xalla 13-cü olub.

Marko Baroni 2023-cü ilin iyul ayından “Verona”ya rəhbərlik edirdi. Təcrübəli mütəxəssis bu komandanı 40 oyuna çıxarıb. Veronalılar bu görüşlərdə 10 qələbə, 11 heç-heçə, 19 məğlubiyyət görüblər.

Baroni daha öncə “Leççe”, “Recina”, “Kremoneze”, “Frozinone”, “Benevento”, “Novara”, “Peskara”, “Virtus Lansano”, “Syena”, “Ankona”, “Südtirol”, “Karrareze”, “Montevarçi”, “Rondinella” və “Yuventus” (U-19) kimi klublarda da çalışıb. İtalyan mütəxəssisin məşqçi kimi ciddi uğurları yoxdur.