Markus Raşford sürücülük vəsiqəsindən məhrum edildi

“Mançester Yunayted”in ingilis hücumçusu Markus Raşford sürət həddini aşarkən yaxalandıqdan sonra sürücülük vəsiqəsindən məhrum edilib.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hücumçu magistral yolda 167 km/saat sürətə çatıb. Raşford sürət həddini aşmaqda təqsirini etiraf edib. Hazırda tələsmiş Raşford “təndirə düşüb” – altı ay müddətinə sürücülük hüququndan məhrum edilib və 1,97 min avro məbəğində cərimələnib.

Vurğulanır ki, Raşford polisin dəstək dəstəsinin nəzarəti ilə ağ rəngli BMW markalı maşın vasitəsilə saxlanılb.

Videokonfransda iştirak etmiş Raşford, bir avtomobilin onu izləməsindən qorxduğunu və buna görə də sürətini artırdığını bildirib. Mətbuat isə Raşfordun bu yalanının çox zəif olması qənaətindədir.

Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun bu klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə Raşford “Mançester Yunayted”in heyətində bütün yarışlarda 43 oyuna çıxıb. O, bu oyunlarda 8 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Markusun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 402 oyun, 131 qol və 64 məhsuldar ötürmə.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.