“Mançester Yunayted”in ingilis hücumçusu Markus Raşforda məxsus avtomobil yol qəzasına düşüb, futbolçunun özü isə maşında olmayıb.
Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Raşfordun avtomobilini sərxoş sürücünün idarə etdiyi “Mersedes” markalı avtomobil vurub. Futbolçunun maşınında sürücü və “Mançester Yunayted”in niderlandlı müdafiəçisi Tirell Malasianın olduğu bildirilir. Raşfordun özü isə başqa maşınla onları müşayiət edib və hadisəyə şahidlik edib.
Toqquşmadan sonra zərərçəkənlərə xəstəxanaya müraciət etmək tövsiyə edilib. Polis hadisəni nəzarətə götürüb. “Mançester Yunayted”in adı ətrafında səs-küy qopmaması üçün, klub rəhbərliyi hadisənin incə təfərrüatını mətbuata açıqlamamaqla mövqe tutub.