Marotta: “İnter” qışda yeni alışlar həyata keçirməyəcək”

“İnter”in prezidenti Cüzeppe Marotta “neradzurri”nin qarşıdakı qış transfer pəncərəsi ilə bağlı planlarından söhbət açıb.

Arena.az “Football Italia” nəşrinə istinadən, Marottanın bu barədə fikrini təqdim edir:

“Mən, məqsədlərimizə uyğun gələn rəqabətədavamlı heyətə malik olduğumuz üçün, yanvarda hər hansı yeni alışlar edəcəyimizi düşünmürəm. Biz “İnter” olduğumuza və müəyyən səviyyədə keyfiyyətə malik olduğumuza görə, düşünürəm ki, heç nə etməyəcəyik, çünki bu heyət gələcəyə zəmanət verir”, deyə Marotta vurğulayıb.

16 oyundan 37 xalla “İnter” İtaliya A Seriyasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Buna rəğmən, “İnter” 17 oyundan 40 xalla zirvədə qərarlaşmış “Atalanta”ya nəzərən, şərti lider qismindədir.