Marotta “İnter”in transfer siyasətinin dəyişdiyini bəyan etdi

“İnter”in prezidenti Cüzeppe Marotta Milan klubunun transfer siyasətindəki dəyişikliklər haqqında söhbət açıb.

Arena.az “Tuttomercatoweb” dərgisinə istinadən məlumat verir ki, Marotta klubun direktorlar şurasının, komandanın heyətini yaxın vaxtlarda köklü surətdə dəyişmək fikrində olmadığını da vurğulayıb:

“Bizim ölçü götürdüyümüz model bir qədər dəyişikliyə uğrayacaq, belə ki, klubun fəlsəfəsi sərvət qoyuluşuna təminat verən və komandaya öz töhfəsini bəxş edə biləcək gənc oyunçulara sərmayə yatırmağa qayıtmaqdan ibarətdir.

Ancaq gəlin, inqilab gözləməyək. Mənə elə gəlir ki, komandaların orta yaş həddi enib, bizə də uyğunlaşmaq gərəkdir. Bu, o demək deyil ki, bizim yaşlı oyunçularımız xaric ediləcəklər. Əksinə, onlar komandada vacib çox rol oynayırlar.

Model dəyişikliyi o demək deyil ki, biz, həmişə dəyişməz qalan öz məqsədlərimizə çata bilməyəcəyik. Biz “İnter” haqda danışanda, DNT-nə “qələbə” kəlməsi qoyulmuş bir klub haqda danışırıq. İdmanda iddialı olmaq gərəkdir, amma təkəbbürlü olmaq yox. Bu, özünə əmin olmaq deməkdir, biz isə özümüzə əminik. Biz elə, bu ruhda da davam edəcəyik, amma heç bir təlatüm olmayacaq”, deyə Marotta vurğulayıb.

26 turdan sonra “İnter” 57 xalla İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir.