Marsel Liçka rəsmən “Fatih Karagümrük”də

Çexiyalı futbol mütəxəssisi Marsel Liçka Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqaya bu yay vəsiqə qazanmış klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Marsel Liçka son olaraq Rusiyanın “Dinamo” (Moskva) komandasının baş məşqçisi olub. O, daha öncə “Orenburq”, “Dinamo” (Brest) və “Xmel” kimi komandalarda da baş məşqçisi kimi çalışıb.

Xatırladaq ki, “Fatih Karagümrük”ü geridə qalmış mövsümdə Şenol Can çalışdırırdı.