Marsel “Olimpik”i adaşına məğlub oldu, təcili toplantı çağırdı

Liqa 1-in 20-ci turunda Lion “Olimpik”inə məğlubiyyətindən (0:1) sonra Marsel “Olimpik”inin rəhbərliyi futbolçularla təcili iclas keçirib.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, görüş fevralın 5-də səhər saatlarında baş tutub. Görüşün təşəbbüskarları klubun icraçı direktoru Pablo Lonqoriya və komandanın baş məşqçisi Cennaro Qattuzodur.

Lion “Olimpik”inə məğlubiyyət Marsel “Olimpik”i rəhbərliyində narahatlıq yaradıb, çünki komanda oyun zamanı mübariz xasiyyət nümayiş etdirməyib. Eyni zamanda Qattuzo hesab edir ki, əsas fəsad taktika və ya texnikada deyil, fəsad futbolçuların zehniyyəti ilə bağlıdır.

Marsel “Olimpik”i 20 oyundan 29 xalla Liqa 1-in turnir cədvəlində 8-ci pillədə yer alıb. Lion “Olimpik”i isə qələbə sayəsində turnir cədvəlinin zirzəmisindən qurtulub, lionlular 19 xalla 15-ci pillədə qərarlaşıblar.

Fransa Liqa 1-ə 47 xalla PSJ başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: