Marsel “Olimpik”i “Roma”nın qapıçısını birdəfəlik transfer etdi

“Qarabağ”ın Konfrans Liqasında rəqibi olan Marsel “Olimpik”i icarə əsasında bu komandada çıxış edən Pau Lopesin transfer hüquqlarını alıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransa klubu ispan qapıçı ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayıb.

Xatırladaq ki, Marsel “Olimpik”i Pau Lopesi 2021-ci ilin yayında “Roma”dan icarəyə götürmüşdü. Liqa 1 təmsilçisi 27 yaşlı qapıçının birdəfəlik transferi üçün İtaliya klubuna 12 milyon avro ödəyib.

Pau Lopes 2019-cu ildən “Roma”da çıxış edirdi. İspaniya millisinin sabiq üzvü əvvəllər “Betis” və “Espanyol”da da oynayıb.