Marselo rəqibinə dəhşətli zədə yetirdi – Video

Hazırda “Fluminense”də çıxış edən braziliyalı sol cinah müdafiəçisi Marselo Libertadores Kuboku oyununda rəqibinə dəhşətli xəsarət yetirib.

Arena.az xəbər verir ki, ulduz futbolçu ehtiyatsızlıqdan “Argentinos Xuniors”un futbolçusunun ayağını sındırıb.

Videodan göründüyü kimi, Marselo texniki fəndin icrası zamanı ehtiyatsızlıqla ona müdaxilə etməyə çalışan futbolçunun lülə sümüyünə basıb və dərhal oyununu dayandıraraq məyusluq içində təəssüflənib. Rəqibin ayağı həmən sınıb. Hakim Marseloya qırmızı vərəqə göstərib.

Yerli mətbuatın məlumatına görə, zədəli futbolçunun sağalması təxminən bir il çəkəcək.

Marselo “Real”da karyerasını başa vurduqdan sonra, 2022/2023 mövsümünün qısa bir müddəti ərzində Yunanıstan “Olimpiakos”unda çıxış edib. Cari ilin fevral ayının sonlarında isə doğma klubu “Fluminensə”yə qayıdıb.

35 yaşlı futbolçu “Real”ın heyətində bütün mümkün böyük klub turnirlərini qazanıb, o cümlədən Çempionlar Liqasının beşqat qalibi olub (2014, 2016, 2017, 2018, 2022). Marselo Braziliya millisi ilə 2013-cü ildə Konfederasiyalar Kubokunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: