“Əl-Nəsr”in icraçı direktoru Marselo Salazar Kristiano Ronaldonu müqavilə imzalamağa razı salarkən nə lazım gəldiyini xatırlayıb.
Arena.az “Goal” dərgisinə istinadən Salazarın bu xüsusda dediklərini diqqətinizə çatdırır:
“Transfer, şübhəsiz ki, böyük hadisə oldu. Bu, klubumuz tərəfindən çox iddialı və parlaq bir addım idi. Bu, mütəşəkkil iş idi.
Kristiano kimi böyük ulduzu razı salmaq üçün ona yaxşı layihə təqdim etmək lazımdır. Məsələ yalnız pulla bağlı deyil. Kristiano əfsanədir. Hər dəfə onun rəqəmlərini yoxlayanda təəccüblənirsən. Bu adamın heç bir məhdudiyyəti yoxdur. Çoxlu iddiası var, ona görə də ona futbol dünyasındakı heyrətamiz səyahətini davam etdirmək fürsəti təqdim etməlisən – və biz bunu etdik.
Məni ən çox heyran edən onun işinə nə qədər sadiq olmasıdır: klubda və ondan kənarda hər dəqiqə göstərdiyi peşəkarlıq səviyyəsi. Ən yaxşı bərpanı təmin etmək və mümkün olan ən yaxşı vəziyyətdə olmaq üçün evində qurduğu bütün infrastruktur. Hər oyuna hazırlaşır. Onun klubda hər kəslə sadə olması da məni heyran edir. Amma o, rəqabətəqadirdir. Rəqiblər isə qələbə qazanmağı sevirlər”, – deyə Marselo Salazar bildirib.
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Nəsr”də çıxış edir. Portuqal superulduzun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 11 oyuna çıxıb, 11 qol vurub, 6 məhsuldar verib.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 202 oyun keçirib, 125 qol vurub və 44 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Portuqal superulduz yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran superulduzu 15 milyon avro məbləğində qiymətləndirir.