Masaki Murata “Sumqayıt”ı Danimarka klubuna dəyişdi

Yaponiyalı yarımmüdafiəçi Masaki Murata Azərbaycan təmsilçisi “Sumqayıt”dan ayrılaraq Danimarkanın “Vayle” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Danimarka klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Masaki Murata 2023-cü ilin yanvar ayından “Sumqayıt”ın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 54 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murata daha öncə “Valmiera”, “Ginsheym” və “Bayern Alzenau” kimi klublarda da forma geyinib.

“Sumqayıt” daha öncə Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso və Oktavio Manteka ilə də yollarını ayırmışdı. Əvəzində sözügedən klub “Zirə”dən ayrılan sabiq futbolçusu Rəhim Sadıxovu heyətinə qatıb.