“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano “vağlar”ın argentinalı ulduz hücumçusu Lionel Messinin komanda üçün vacibliyindən danışıb.
Arena.az ESPN şəbəkəsinə istinadən, argentinalı mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Messi – bu komandanın qəlbidir. Siz onu meydanda görmüsünüz. O, sanki oynayan və məğlub olmaq istəməyən uşaqdır. Bizim üçün bu, böyük üstünlükdür. Odur ki, bizə, onun elə, bu kökdə də qalması sadəcə gərəkdir. Bütün məsələ, onun yalnız meydanda etdiklərində deyil, həmçinin komanda yoldaşlarına ötürdüklərində, özünün 37 yaşında etdiklərindədir. O, nəinki hücumda oynayır, hələ, bizə müdafiədə də kömək edir, mərkəz müdafiəçilərinə, bütün yarımmüdafiəyə rəhbərlik edir. Odur ki, o, möhtəşəmdir”, deyə Maskerano məmnunluqla vurğulayıb.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” yeni mövsümündə 2 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 41 oyun, 35 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.